"Eurovision 2016" yarışmasının 1-ci yarımfinalı İTV-də canlı yayımlanacaq
10 May 2016 15:16 MədəniyyətBu axşam İTV-də "Eurovision 2016" musiqi yarışmasının 1-ci yarımfinalı canlı yayımlanacaq. Səmra Rəhimli "Miracle" mahnısı ilə 14-cü çıxış edəcək. İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "Eurovison 2016" Mahnı Müsabiqəsinin 1-ci yarımfinalı bu axşam saat 23 00-da İctimai TV-də canlı yayımlanacaq. Azərbaycan iştirakçısı Səmra Rəhimli "Miracle" mahnısı ilə 14-cü çıxış edəcək. 2-ci yarımfinal mayın 12-si saat 23:00-da, final isə mayın 14-ü saat 23:00-da keçiriləcək.
Qeyd edək ki, bu ilki "Eurovision 2016" musiqi yarışması İsveçdə keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31