Səmra Rəhimli İsveçdə evlilik təklifi aldı
10 May 2016 14:22 Mədəniyyət"Eurovision 2016"da Azərbaycanı təmsil edən Səmra Rəhimliyə evlilik təklifi edilib. Anspress bildirir ki, bu barədə müğənni özü sosial şəbəkələrin birində qeyd edib. Səmranın sözlərinə görə, ona evlilik təklifini yarışın açılış mərasimində Niderland Krallığından olan müsabiqə iştirakçısı Dauv Bob edib. Bu barədə azərbaycanlı iştirakçı öz şəxsi səhifəsində yazır: "Mən dünən Dauv Bobdan evlilik təklifi aldım. Sizcə, ona "hə" deyim?"
"Eurovision 2016" mahnı müsabiqəsinin birinci yarımfinalı bu gün keçiriləcək, həmyerlimiz yarışda 14-cü çıxış edəcək. İkinci yarımfınal mayın 12-də, final isə 14-də baş tutacaq. Səmra Rəhimli müsabiqədə ölkəmizi "Miracle" mahnısı ilə təmsil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31