Oksana: "Bollivudun artist kartını aldım"

Rəqqasə Oksana Rəsulovaya Bollivudun artist kartı verilib. Bu barədə müğənninin özü sosial şəbəkədə məlumat yayıb: "Sevindim, Bollivudun artist kartını aldım. Artıq "Film city" və Bollivudun bütün məkanlarına giriş haqqım var. Burada böyük addımlar atmağa şansım çoxaldı". Oksana şəkildə yaxşı düşmədiyini qeyd edərək bunu sənəd üçün şəkil olması ilə əlaqələndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31