Günayın keçmiş əri evləndi - Foto
10 May 2016 08:23 MədəniyyətTürkiyəli aktyor Tolqa Karel amerikalı sevgilisi Sarah Skotti ilə ailə qurub.
Türkiyə mətbuatının verdiyi məlumata görə, Dominik Respublikasındakı Playa Las Ballenas adasında keçirilən dəbdəbəli toya aktyorun ailə üzvləri və dostları qatılıb.
Qeyd edək ki, cütlük bal ayını Las-Vegas və Los-Angelesdə keçirəcək.
Xatırladaq ki, T. Karel 2011-ci ildə Türkiyədə yaşayıb- fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva ilə ailə qurub. Onların bu evlilikdən Cahangir adlı bir oğlu var. Cütlük 2014-cü ildə boşanıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31