Səmra ikinci məşqinə çıxır
6 May 2016 14:44 Mədəniyyət"Eurovision" məşqlərinin ilk dörd günü uğurla tamamlanıb. Qafqazinfo xəbər verir ki, bu gün isə təmsilçimiz Səmra Rəhimli "Globen Arena" səhnəsində sayca ikinci məşqini edəcək. Müğənni 20 yarış iştirakçısı arasında 14-cü sırada səhnəyə çıxacaq, mahnısını canlı ifa edəcək. Xatırladaq ki, S.Rəhimlinin ilk məşqində səhhətində problem yaranmış, mahnısını xaric oxumuşdu. Media ekspertləri müğənninin canlı ifasını 5 bal dəyərində qiymətləndirmişdilər.
Qeyd edək ki, S.Rəhimli müsabiqədə ölkəmizi "Miracle" mahnısı ilə təmsil edəcək. "Eurovision 2016"nın birinci yarımfinalı mayın 10-da, ikinci yarımfınalı 12-də, final isə 14-də baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31