Əli Mİrəliyev Orxana qarşı mübarizəyə əməkdar artisti da cəlb etdi

Əməkdar artist Firuzə İbadova mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun ona 4500 manat pul borclu olduğunu bildirib. F. İbadova mətbuata açıqlamasında Orxan Nadirovun borcunu qaytarmadığını bildirib: "Orxan Nadirov və Vüqar Bəkirov mənə pul borcludurlar. Hər ikisi məndən İlhamənin yanında 7 min pul aldılar. 2500 manatını qaytardılar, 4500 manatı qalıb. Bunu Allah götürməz. Onlar mənim pulum qaytarmasalar, pis günə düşəcəklər". Xatırladaq ki, əməkdar artist F.İbadova bu vaxta qədər Orxan Nadirovun müdafiəçisi qismində çıxış edib, hətta O.Nadirovun mərhum xalq artisti İlhamə Quliyevanın varisi olduğunu təsdiqləyənlərdən olub. Lakin müğənni Əli Mirəliyev vərəsə söhbətini ortalığa atdığı və Samirə adlı qızının beş il müddətinə İlhamə Quliyevaya xidmət etdiyini qabartdıqdan sonra F.İbadova "cəsarətə" gəlib. Bamayaraq ki, bu vaxta qədər O.Nadirovla dost olduğunu deyib, indi isə məsələni ictimailəşdirməkdən belə çəkinməyib. Görünən odur ki, F.İbadovanın istəyib-istəməməsindən asılı olmayaraq gözəgörünməyən qüvvələr tərəfindən "vərəsə dovğasına" cəlb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31