Xalq artisti: "12 ildir onu görmürəm"

Xalq artisti Məleykə Əsədova dünyasını dəyişmiş anası ilə bağlı təəssüratlarını bölüşüb. Axşam.az-ın məlumatına görə, aktrisa bu gün anasının ölümündən 12 il ötdüyünü deyib: "3 may, həyatımın ən kədərli günüdür. 12 ildir səni görmürəm ana. Sən mənim dayağım idin. Sən mənim gücüm idin. Ananın yaşı olmaz. Gözəl anam, səni xatırlamadığım bir günüm olmayıb. Həmişə bizimləsən. Allah anama da, atama da rəhmət eləsin, ruhları şad olsun. Mən sizin qanınızdan dünyaya gəldiyim üçün, sizin qızınız olduğumçün fəxr edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31