Elçin Cəfərov kimləri toyuna dəvət etmədi?

Müğənni Elçin Cəfərov toyundan söz açıb. İfaçı bunları deyib: "Toyum olmamışdan öncə bir çoxları deyirdi ki, məni də dəvət edərsən. Amma bilirdim ki, həmin kəslər el şənliyimə gəlməyəcək. Bunun üçün də onları toyuma çağırmadım. Toyumdan sonra məni görüb, irad bildirirlər ki, məni niyə el şənliyinə dəvət etməmişdin. Bilirəm ki, əslində onlar bu sözü səmimi demirlər".

İfaçı onu əsəbləşdirən məqamdan da söz açıb: "Mənə hörmətsizlik olunanda hirslənirəm. Çünki özüm hamıya hörmətlə yanaşıram. Qarşılığını görməyəndə inciyirəm. Onu da deyim ki, bildiyiniz kimi xarakter baxımından sakit biriyəm. Ona görə də çox nadir hallarda səsimi qaldırıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31