Aparıcı: "Kişilik bu adama qaldısa, vay halımıza" VIDEO
3 May 2016 11:43 MədəniyyətMüğənni Yılmaz Morgül "Survivor"dakı iştirakından sonra gündəmdən düşmür. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, sənətçi keçən həftə "Hər kəsə kim olduğumu göstərdim... Kişiliyin, adamlığın kitabını yenidən yazacağam. Hər kəs kişi olmağı məndən öyrənəcək" demişdi. Beyaz TV-nin aparıcı Tahir Sarıkaya Yılmazın bu sözlərinə sərt cavab verib: "Allah məni kişi yaradın. Kişilik əsasdır, amma adam olmaq ayrı şeydir. Yılmaz Morgüldən kişiliyi öyrənəcəyiksə, mən cinsimi dəyişdirəcəm. Kişiliyin gəldiyi nöqtə çox mübahisəlidir. Kişilik bu adama qaldısa, vay halımıza".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31