Tarkanın evlənmə səbəbi hamını təəccübləndirdi

Türkiyənin məşhur müğənnisi Tarkanın evlənməsinin ilginc səbəbi məlum olub. ANS PRESS-in məlumatına görə, cütlüyün toy tarixinin tezləşdirilməsinin səbəbi Pınar Diləkin  hamilə olması iddia olunub. Ötən gün məşhur müğənni Pınar Dilek ilə Tarabyadakı villasında nikaha daxil olub.

Cütlüyün nikah mərasimi üçün dəbdəbədən kənar kiçik məclis qurulub. Mərasimdə cütlüyün dostları və qohumları iştirak ediblər. Tarkanın evi mərasimə görə çiçəklərlə bəzədilib. Gəlinin geyimi də klassikadan uzaq olub. Tarkan qara kostyumda olsa da, sevgilisi ağ sadə saçaqlı geyimdə olub. İfaçı konsertlərinin birində tanış olduğu Pınarla 5 ildir ki, sevgili idi. Onların münasibətləri ötən il ortaya çıxıb.

Tarkan ötən ilin son günlərində sürpriz şəkildə nişanlanıb. Onun nişanlısı P.Dilek Almaniyada bir türk ailəsində dünyaya gəlib.

Onlar ifaçının konsertlərindən birində tanış olublar. Belə ki, P.Dilek Tarkanın fanatlarından biri olub. Onların ilk fotosu da 2008-ci ildə Tarkanın Almaniyada olan konserti zamanı çəkilib.

Fevral ayında müğənni sevgilisinə 1,5 milyon lirəlik (təqribən 800 min manat) ev hədiyyə edib. Daha doğrusu, Tarkan evləndikdən sonra Pınar Dileklə birlikdə yaşamaq üçün ev alıb. O, evi sevgilisinin adına qeydiyyata salıb.

Məlumata görə, cütlüyün toyu yayda - daha dəqiq iyun ayında baş tutacaq. Onlar həm Almaniya, həm də Türkiyədəki dostları üçün toy mərasimi təşkil edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31