Azərbaycanı "Eurovision"da 17-ci etdilər
2 May 2016 14:15 Mədəniyyət"Eurovision"nın rəsmi fan-klubu (OGAE) müxtəlif ölkələrdə keçirdiyi səsvermənin nəticələrini açıqlamağa davam edir. Bu səsvermə final nəticələri haqda ilk təsəvvürü yaradır. Publika.az xəbər verir ki, təşkilatın Azərbaycan nümayəndəliyi də nəticələrini elan edib. Belə ki, fan-klub üzvləri ən yüksək xalı - 12 balı "You are the only one" mahnısını ifa edən Rusiya təmsilçisi Sergey Lazarevə verib. Digər yerlər isə belədir:
Rusiya - 12 bal
Fransa - 10 bal
İtaliya - 8 bal
Avstraliya- 7 bal
Bolqarıstan - 6 bal
Avstriya - 5 bal
Almaniya -4 bal
Estoniya - 3 bal
Latviya - 2 bal
Serbiya - 1 bal
Sözügedən klub 40-dan çox ölkədə fəaliyyət göstərir. Ümumi səsvermədə Fransa, Rusiya, Avstraliya, Bolqarıstan, İtaliya liderdir. Azərbaycan isə Ermənistan və Gürcüstanı qabaqlamaqla 17-ci yerdə qərarlaşıb.