Fatimə: "Kostyumlarıma kifayət qədər pul xərcləyirəm"
29 Aprel 2016 19:30 MədəniyyətRəqqasə Fatimə Fətəliyeva sənətindən söz açıb. SİA-nın verdiyi xəbərə görə, Fatimə rəqs etməyi uşaqlıqdan sevdiyini dilə gətirib: "Uşaqlıqdan rəqs etməyi sevmişəm. Atamla toya gedirdim. Sakit otura bilmirdim. Can atırdım ki, oynayım. O qədər rəqs edirdim ki, atam məni güclə evə aparırdı".
Rəqqasə geyimlərindən də söz açıb: "Qarderobumda ağlınıza gətirə bilməyəcəyiniz qədər rəqs paltarım var. Hər rəqsə uyğun libasım var. Onu da deyim ki, bu kostyumları əldə etmək üçün kifayət qədər pul xərcləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31