Roza Zərgərli beynəlxalq festivalda münsif olacaq

Tanınmış azərbaycanlı müğənni Roza Zərgərli beynəlxalq XVIII  "Ural mono" festivalına dəvət alıb. Bu barədə SİA-ya ifaçının özü məlumat verib. O bildirib ki, müsabiqənin münsiflər kürsüsündə əyləşəcək: "Bu yaxınlarda məni Başqırstan Mədəniyyət Nazirliyindən bu festivala dəvət etdilər. Tədbir mayın 26 və 28-i Ufa şəhərində baş tutacaq. Gecəyə müxtəlif ölkələrin tanınmış simaları dəvət olunub. Həmin müsabiqədə Azərbaycanı təmsil edəcək iştirakçının adına isə yaxın günlərdə aydınlıq gələcək".

Qeyd edək ki, R.Zərgərli  bir çox beynəlxalq müsabiqələrdə jüri qismində iştirak edib: Meykin Asia (Qırğızıstan), Şərq Bazarı (Krım), Türkdilli Xalqların Üçüncü Beynəlxalq Müsabiqəsi (Silifke, Türkiyə).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31