"Aprelin 2-si dostumla cəbhə bölgəsinə getdik və gördük ki..."
29 Aprel 2016 11:56 Mədəniyyət"Cəbhəyə getdik, amma bunu heç yerdə demədik ki, reklam olunmasın", - bunu əməkdar artist Baloğlan Əşrəfov "10-dan sonra" verilişində deyib. Dostu Yusif Mustafayevlə aprelin 2-də cəbhə bölgəsinə gedən ifaçı açıqlamasında qeyd edib: "Aprelin 2-si dostum Yusif Mustafayevlə cəbhə bölgəsinə getdik və gördük ki, atışma səsləri hər yeri bürüyüb. Ancaq bunu heç yerdə demədim ki, reklam olar. Biz ora reklam üçün yox, əsgərlərə dəstək üçün getdik. Allah bütün əsgərlərimizi qorusun. Biz Azərbaycanı çox sevirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31