"Bacıma gələn elçilərin ardı-arası kəsilmir" - Sevinc VIDEO
28 Aprel 2016 19:37 MədəniyyətMüğənni Sevil və Sevinc bacıları Alternativ TV-də yayımlanan "Şou məkan" verilişinə açıqlamalar veriblər. Məlumata görə, Sevinc bacısı Sevilin müsahibələrdə az danışmasından söz açıb: "O, ərə getmək istəyir. Məni danışdırıb, eləyir pis, özü də kənarda sakit qalır. Ona gələn elçilərin ardı-arası kəsilmir. Mənim 25 yaşım var, bircə dəfə 16 yaşımda elçi gəliblər". Sevil isə az danışmasına belə aydınlıq gətirib: "Fikirləşirəm ki, bəlkə, biri məni efirdən izləyir, düşünür ki, çox gözəl qızdır, xoşuma gəlir, amma çox danışır, evdə qayınananın başı gedər. Ona görə az danışıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31