Quldurluqda təqsirləndirilən qardaşlara hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İntiqam Hacıyev, Seymur və Elnur Səfərov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə İ. Hacıyev 9 il 6 ay, qardaşların hər biri isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Xəzər rayon 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də paytaxt sakini İlham Ağayevin 700 manatını quldurluq yolu ilə almış Neftçala rayon sakinləri Elnur Səfərov, qardaşı Seymur və Zaqatala rayon sakini İntiqam Hacıyev tutulublar.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31