Mətanət Elzadan aldığı 5 minlik qalmaqallı mahnısını üzə çıxardı VIDEO
25 Aprel 2016 16:56 MədəniyyətƏməkdar artist Mətanət İsgəndərli həmkarı Elza Seyidcahandan aldığı qalmaqallı mahnısını təqdim edib. "Olaylar"ın məlumatına görə, musiqisi Elza Seyidcahana, sözləri Ayşə Birgül Yılmaza məxsus olan mahnı "Gözlərin" adlanır. E.Seyidcahan açıqlamasında mahnını uzun müddət əvvəl M.İsgəndərliyə satdığını bildirmişdi. Müəllif bəstəsinin təqdim olunmamasından şikayətlənmişdi. M.İsgəndərli isə mahnının aranjiman işindən narazı idi. O, bəstəni yenidən yazdıracağını bildirmişdi. M.İsgəndərli bu bəstə üçün E.Seyidcahana 5 min manat pul ödəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31