Abbas Bağırov: "Evdə o qədər geyimim var ki..."
22 Aprel 2016 17:59 MədəniyyətƏgər insan yaxşı geyinirsə, demək, onun zövqü var və hər şeyi yaxşıdır. Zövqü olmayan insanda hər şey çatışmır. İnsana baxanda geyimi onun zövqündən məlumat verməlidir. Məlumata görə, bu sözləri əməkdar artist Abbas Bağırov deyib. "Yeri gəlmişkən" verilişində qonaq olan müğənni dəb arxasınca qaçmadığını bildirib: "Geyimə görə insana qiymət vermək olar. Sənət adamları daha çox efirdə görünür deyə, onlar nümunədir. Dəbi sevənlər, gənclər sosial şəbəkədən, telekanallardan bəhrələnirlər. Onlara düzgün informasiya çatdırmalıyıq. Heç vaxt dəblə ayaqlaşmıram. Mənim sevdiyim rənglər və geyim tərzlərim var. İki-üç ildən bir hansısa geyim tərzini sınaqdan keçirirəm. Görüm yaxşı, yoxsa pis qarşılanır. Bej, qara, ağ, tünd yaşıl və göy rəngləri sevirəm. Bəzən elə olur ki, 1 saata geyim seçə bilmirəm. Evdə o qədər geyimim var ki, seçmək çətin olmamalıdır. Səhnə adamlarıyıq, öndə oluruq, ona görə hər şeyi uyğunlaşdırmalıyıq".