Toya hazırlaşan aparıcı: "Medianı buraxmayacam"
21 Aprel 2016 17:20 MədəniyyətİTV-nin aparıcısı Kamran Quliyev tədbirlərin birində fotokameraya tuş gəlib. Axşam.az-a açıqlama verən aparıcı toy hazırlıqlarının artıq başa çatdığını deyib:
"Toya tam hazıram. Sadəcə, qonaqların hamısına dəvətnamə verməmişəm. İşlərimin çoxluğundan çatdırmamışam".
K.Quliyev toyun mediaya qapalı olacağını deyib:
"İstəyirəm qonaqlar rahat olsun. Çəkiliş olanda bəzi qonaqlar narahatçılıq keçirir. Ona görə də medianı buraxmayacam".
Qeyd edək ki, K.Quliyevin toyu aprelin 26-da "Park Meridian"da baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31