Elvin Abdullayev: "Bəzi ifaçılar efirə çıxmağı unudublar"
21 Aprel 2016 12:03 MədəniyyətMüğənni Elvin Abdullayev toylara gedən müğənnilərdən söz açıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı bunları deyib: "Bəzi ifaçılar efirə çıxmağı artıq unudublar. Çünki başları toylara qarışıb. Bizim gəlirimiz el şənliklərindən gəlsə də, tamaşaçıları unutmamalıyıq. Sənətçi sırf toy üçün işləməməlidir. Onu da deyim ki, hazırda musiqi savadı olanda-olmayanda şou-biznesdədir. Toylarda da iştirak edir, efirlərə də çıxır. Bu çox acınacaqlı vəziyyətdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31