"Eurovision"da Azərbaycanla bağlı qalmaqal VIDEO

"Eurovision - 2016"da Azərbaycan təmsilçisi Səmra Rəhimlinin "Miracle" mahnısı ətrafında qalmaqal yaşanıb. Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, əslində təmsilçimizinin ifa etdiyi "Miracle" mahnısı başqa bir müğənni üçün yazılıb. Sözügedən mahnı əvvəlcə İsveç milli turlarında yarışan iştirakçı Molyy Petterson üçün hazırlanıb. İsveçin yayım qurumuna (STV) təqdim olunan digər mahnılar isə "Walk on Water" və "Hunger" olub. Kanal rəsmiləri "Miracle" və "Walk on Water" mahnılarını bəyənməyib, seçimləri "Hunger" musiqi parçası olub. Molly Petterson Hammar isə milli seçim turlarında məğlub olub. Daha sonra isə Sandra Bjurmanın sözlərini yazdığı mahnı Azərbaycana göndərilib.

Qeyd edək ki, Sandra Bjurman Safura Əlizadənin "Drip drop", Ell and Nikkinin "Running scared", Səbinə Babayevanın "When the music dies" mahnılarının söz yazarıdır.

 

Molly Pettersson Hammar - Hunger | Melodifestivalen 2016

Samra - Miracle (Azerbaijan) 2016 Eurovision Song Contest

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31