Fərəh Əbdülrəhim qızı Şəkinskaya vəfat etmişdir

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Əməkdar mədəniyyət işçisi Fərəh Əbdülrəhim qızı Şəkinskaya aprelin 20-də 80 yaşında vəfat edib. Bu barədə məlumat "OLAYLAR"-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Fərəh Şəkinskaya 1936-cı il aprel ayının 28-də Bakı şəhərində anadan olub. 1958-ci ildə Azərbaycan Sənaye İnstitutunda təhsil almış Fərəh Şəkinskaya əmək fəaliyyətinə Bakı Şin Zavodunda mühəndis kimi başlayıb. 60-70-ci illərdə o, Azərbaycan Mərkəzi Partiya Komitəsinin inspektoru, daha sonra Azərbaycan Kommunist Partiyasının N.Nərimanov rayon Komitəsinin katibi, 1978-1989-ci illərdə Bakı şəhər İcra Komitəsinin mədəniyyət idarəsinin müdiri, 1989-1993-cü illərdə isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini vəzifəsində çalışıb. F.Şəkinskaya müxtəlif illərdə N.Nərimanov və 26 Bakı Komissarı adına rayonların deputatı seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31