Əkiz müğənnilər qonşularından şikayət etdilər

Əkiz bacılar Sevil və Sevinc Səfərovalar qonşularından şikayət ediblər. Axşam.az xəbər verir ki, müğənnilər "Hər şey daxil" verilişində onların ucbatından səhərlər yata bilmədiklərini deyiblər:

"Qonşularımdan xahiş edirəm, belə etməyin. Evlərini təmir etdirirlər, işə erkən başlayırlar. Saat 7-nin yarısından səs gəlir. Yuxudan çox pis oyanmışam. Bu etik deyil, bizi narahat edirsiniz. İşə gələndə əsəbi oluram. Şikayətimi hələlik efirdən edirəm. Əməl etməsələr, başqa yerlərə müraciət edəcəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31