"Toppuş bacı": "Hamiləlikdən danışmaq eyibdir"

Əməkdar artist Tünzalə Əliyeva "Hər şey daxil" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, aktrisa ailəsi uğrunda sənətini qurban verəcəyini bildirib: "Mənim üçün birinci ailədir. İllərdir özümü sənətimə həsr etmişəm, əməyim və səhhətim gedib. Amma etibarlısı ailədir. Sabah mənə bir şey olsa, səhnəyə çıxa bilməsəm, ailəm yanımda olacaq. Onu da deyim ki, ailəm qarşımı kəsmir, sənətimi dəstəkləyir".

T.Əliyeva hamilə olması xəbərlərinə də münasibət bildirib: "Bu barədə danışmıram, elə bilirlər, göz dəyməkdən qorxuram. Elə qadınlar var ki, illərdir ana olmur. Onların hissləri ilə oynaya bilmərəm. İkincisi, mənə valideynlərim, qaynanam, qaynatam baxırlar, hamiləlikdən danışmaq eyibdir. Ən əsası isə həyat yoldaşım ana olmağımla bağlı danışmağıma icazə vermir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31