Ədalət Şükürov gileyləndi

Əməkdar artist Ədalət Şükürov maraqlı məqamlardan söz açıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı bunları deyib: "Kompaniyalara gedirəm. Bəzən hörmətsiz hərəkətlərlə qarşılaşıram. Məsələn dostlarla əyləşib, çay içəndə telefon əllərindən yerə düşmür. Nə qədər yazışmaq olar? Əgər mənə qulaq asmayacaqdınsa, o, məclisə niyə gəlirdin? Bu vaxtadək heç kim mənə deyə bilməz ki, biz danışanda Ədalət telefonla oynayırdı. Bizə hörmət etmirdi. Bir məqama da toxunum. Avtomobil sürərkən tez-tez rastlaşıram ki, cavanlarımız yolu keçəndə telefonla danışırlar və ya qulaqcıqda mahnıya qulaq asırlar. Bu cür hərəkətləri düzgün deyil. Sağlamlıqlarını təhlükəyə atırlar. Gənclərimiz diqqətli olun!"   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31