Xalq artisti təcili əməliyyat olunacaq
19 Aprel 2016 15:39 MədəniyyətÖtən ay 1 saylı şəhər Kliniki Xəstəxanasında əməliyyat olunan tanınmış diktor, xalq artisti Sabir Ələsgərli yenidən əməliyyat olunacaq. Bu barədə Publika.az-a açıqlama verən diktor bu gün, ya da sabah əməliyyat olunacağını deyib: "Həkimin zəngini gözləyirəm, bu gün, ya sabah əməliyyat olunmalıyam. Keçən dəfə böyrək əməliyyatı keçirdim, indi də prostat vəzindən əziyyət çəkirəm. Əməliyyatdan sonra danışarıq". Əməliyyat Tibb Universitetinin cərrahiyyə şöbəsində olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31