"Özü öz yalanını açdı" - Natavan

Müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımovanın ölkədən çıxışına qoyulan qadağanı saxta sənədlə ləğv etdirməsinə münasibət bildirib. Musavat.com-un məlumatına görə, Natavan Aygünün özünün öz yalanını açdığını deyib:

"Aygün məsələsindən danışmaq istəmirəm. Lazım olan bütün işləri vəkilim həll edir. İşlərimizi qanunla görürük, sənədlərimiz yerindədir. O, məhkəməyə ağır xəstə olduğu barədə sənədlər təqdim etdiyi üçün ölkədən çıxışına qoyulan qadağa müvəqqəti ləğv edilmişdi. Aygünün yalanını açmaq üçün vəkilim mətbuata açıqlama verdi ki, o, ağır xəstədir. O, özü öz yalanını açdı, xəstə olmadığını dedi. Həqiqət üzə çıxdı və istədiyimiz nəticəni əldə etdik. Bundan sonra yaşanan proseslər barədə vəkilim açıqlama verəcək".

Qeyd edək ki, A.Kazımova Natavan Həbibiyə "erməni" dediyi üçün sənətçi onu məhkəməyə verib. Məhkəmənin verdiyi qətnaməyə görə, Aygün Kazımova Natavan Həbibidən üzr istəməli və yaydığı məlumatları təkzib etməlidir. Lakin müğənni qətnaməni icra etməkdən boyun qaçırıb. Aygün Kazımova məhkəmə qətnaməsini icra etmədiyi üçün onun ölkədən çıxışına qadağa qoyulub. Daha sonra isə A.Kazımova məhkəməyə ağır xəstə olduğu barədə sənəd təqdim etdiyi üçün ölkədən çıxışına qoyulan qadağa müvəqqəti ləğv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31