İlhamə müğənniləri ələ saldı: "Gülməli görünürlər"

"Bu gün nömrə bir olmaq pula bağlıdır. Əgər pulun varsa, yüksəklərdə yer alacaqsan". Axşam.az  bildirir ki, bu sözləri müğənni İlhamə Qasımova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. O, istedada yox, pula önəm verilməsindən şikayətlənib:

"İstedadı olmayanlar nömrə bir davasındadırlar. Belə insanlar düşünməlidirlər ki, pul qurtaranda, pillə-pillə aşağı düşəcəm. Axı onlar gülməli görünürlər. İstedadın bir cəhəti var ki, pul qurtaranda yaxşı işlə tamaşaçı yaddaşında qalır. Pulla gündəmə gələnlər isə bir-iki ay efirdə olmayanda unudulurlar. Həmişə ikibaşlı danışıram, heç kim sözümdəki dərin mənanı tutmur. Əgər kimsə onu tutsa, onda mənə rəqib olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31