Gənc Tamaşaçılar Teatrında yeni uşaq tamaşası hazırlanır
11 Aprel 2016 17:51 MədəniyyətAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni uşaq tamaşasının məşqlərinə start verilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Simax Şeydanın "Tülkü tülkü tümbəki" pyesi əsasında hazırlanacaq eyniadlı tamaşaya teatrın gənc rejissoru Gülnar Hacıyeva quruluş verəcək. Bədii rəhbəri xalq artisti Vaqif Əsədov olan tamaşanın quruluşçu rəssamı Elnur Axundov, bəstəkarı Rüfət Ramazanov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assisenti Tacəddin İmanovdur. Səhnə əsərində Zülfiyyə Alhüseynova, İradə Rəşidova, Aygün Fətullayeva, Nuranə Əhmədova, Natiq Fərzəliyev, Eldar İmanov, Elgün Yəhyayev, Eşqin Quliyev, Yusif Dadaşov, Elnur Əliyev, Elşən Şıxəliyev, Bəhram Həsənov, Anar Səfiyev və Aydın Dəmirov iştirak edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31