Ceyhundan əsgərlərimizə dəstək

Azərbaycanın bir qrup mədəniyyət və incəsənət ustaları "N" saylı hərbi hissələrin birində əsgər və zabitlərlə görüşüblər.
Bu barədə "Olaylar"a müğənni Ceyhun Əliyev məlumar verib:"Əsgər və zabitlərimizə dəstək olmağı özümüzə borc bildik. Onlarda ruh yüksəkliyini, torpaqların işğaldan azad olunması üçün hazır olduqlarının şahidi olduq. Konsert proqramı ilə çıxış etməyi düşünürdük. Amma şəhid xəbəri gəldiyi üçün musiqini dayandırdıq. Müdafiə Nazirliyinin təşəbbüsü ilə şəhid ailələrinə baş çəkdik, onların dərdinə şərik olduq. Arzu etdik ki, işğal altında olan digər torpaqlarımız azad olunsun və biz zəfər marşını Qarabağda çalaq. Hər bir əsgərimizi Allah qorusun. Onlara gecə-gündüz dua edirik. Hər birinin əlini bərk-bərk sıxıb, onlarla qürur duyduğumuzu bildirdik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31