Xalq artisti həmkarlarına səsləndi: "Qocalmamışam…"

Xalq artisti Səməd Səmədov onu qoca hesab edən həmkarlarına səslənib. Publika.az-a danışan sənətçi onlara ismarış yollayaraq hələ uzun müddət səhnədə olacağını bəyan edib: "Mən ömrü boyu səhnədə olmuşam və indən belə hələ uzun müddət səhnədə olacam. Hər il dinləyicilərimə hitlər təqdim edirəm. O mahnıların hamısı hitə çevrilir. Bəzən həmkarlarım mənə söz atırlar ki, Səməd qocalıb, səhnədən getməlidir. Xeyr, Səməd qocalmayıb, o həmişə formadadır".

Sənətçi formada qalmasına görə özünü idmana borclu sayıb: "Hər gün səhər saat 6-da yuxudan durub idmanla məşğul oluram. Qaçıram, piyada gəzirəm, hovuzda üzürəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31