Daha bir müğənni Əli Mirəliyevi tənqid etdi
1 Aprel 2016 10:13 MədəniyyətMüğənni-bəstəkar Ceyhun Əliyev Əli Mirəliyevin "şou-biznesdə cəbhədə döyüşəcək kişi yoxdur" açıqlamasına münasibət bildirib. Ifaçı qarşı tərəfi bu sözlərinə görə qınayıb:"Təəssüf hissi keçirirəm ki, Əli müəllim tanıdı-tanımadı hamı haqqında eyni fikirdədir. Diqqətə çatdırım ki, mən hərbi hissədə olmuşam. Bir müddət arxa cəbhədə, daha sonra Füzulinin Əhmədbəyli kəndində ön cəbhədə hərbi xidmətimi başa vurmuşam. "Bu müğənnidir, hərbi xidmətə aparmaq olmaz və ya əlinə silah vermək olmaz" kimi üzərimdə hansısa fikir yürüdən olmayıb. Vətənə sevgi peşəylə ölçülmür. Cəsarətli və ya qorxaq insan sənət adamları arasında da, digər peşə sahibləri arasında da ola bilər.Bəllidir ki, Azərbaycanın güclü ordusu var və hər bir əsgərimiz düşmənin önünə çıxa biləcək gücə malikdir. Əsgərlərimizə yetəri qədər təlimlər keçirilir. Mən bunun həm hərbi xiddmət borcumu yerinə yetirəndə, eyni zamanda sənətçi kimi N saylı hərbi hissələrdə konsertlər zamanı şahidi olmuşam".C.Əliyev həmkarlarının müdafisəinə qalxıb:"Şou-biznesdə elə oğullar var ki, sinəsini güllənin qarşısına sipər edər. O qədər işsiz-gücsüz adam var ki, oturub internetdə guruldayır. Amma qarşımıza çıxıb bir söz deyə bilmirlər. Çünki onların cəsarəti yoxdur. Əli müəllim bu yaşında nəvələri ilə oynasa, daha yaxşı olar. Bu sahədə aidiyyatlı insanların fikir bildirməyi daha məqsədəuyğundur".