Sərxan Əli Mirəliyevi təhqir etdi: "Bu şərəfə layiq deyilsən"
31 Mart 2016 15:55 MədəniyyətMüğənni Əli Mirəliyevin şou-biznes nümayəndələrini tənqid etməsi aparıcı Sərxan Kərəmoğlunu özündən çıxarıb. Axşam.az-ın məlumatına görə, S.Kərəmoğlu Ə.Mirəliyevin ünvanına təhqirlər yağdırıb: "Mən elə başa düşürəm ki, erməni itin gülləsi belə sənin üçün artıq olar. Əgər sən bu xalqı müdafiə etmək üçün getsən, deməli hər an erməni gülləsinə tuş gələ bilərsən. Bu sənə şərəf gətirər. Sən isə bu şərəfə belə layiq deyilsən. Çünki sən öz xalqının övladlarına çirkin sözlər yağdırmaqdan başqa bu həyatda heç nə bilmirsən. Bu şou-biznesdəki kişilərin evindəki ən zəif xanımlarında olan cəsarət belə səndə yoxdur. Sən həkimə görün, ailəndə olanlar bu cür müraciətlərinə və münasibətlərinə görə ölçü götürməlidir. Ümumi şou-biznes əhli, nə dilinizi sakit saxlamısınız? Verin də bunun kimilərin cavabını. Sabah da bu əlinə nəyisə alıb düşəcək canımıza, əgər tapsa".
Qeyd edək ki, Ə.Mirəliyev açıqlamalarından birində qulağına sırğa taxan, üzünü dartdıran kişi ifaçılarını təhqir edib: "Bu adamlar özlərini qıza bənzədir. Artıq o, özünü qadın hiss edir. O insanın ki, məqsədi müğənni olub, pul qazanıb villa almaqdır, bahalı maşın sürməkdir, onun üçün vətənpərvərlik ikinci sırada dayanır. Gic-gic mahnılar oxuyandan hansı vətənpərlik gözləyirsiniz? Müharibə olarsa, döyüşə mən getməsəm, şou-biznesdəki alçaqlar dalımca gəlməyəcəklər".