"İlhamənin mənə olan düşmənçiliyini anlamadım" - Flora Kərimova
31 Mart 2016 14:42 Mədəniyyət"İlhamənin mənə olan münasibətini heç vaxt araşdırmırdım. Bu günə qədər çox təəccüblənirdim ki, niyə İlhamə mənim şəxsi qadın qismətimlə barışmır?".
Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Flora Kərimova "Geriyə baxanda" verilişində danışıb. O, illərlə küsülü olduğu mərhum həmkarı İlhamə Quliyeva ilə münasibətlərindən bəhs edib: "Onun mənə olan düşmənçiliyini anlamadım. Mənim nəyim varsa, səsimdən tutmuş, ağlıma kimi yaradandan gəlib. Məni günahlandıranda iradlar yaradana olmalıdır. Mən Tanrının əmri ilə varam. Məndən acıq çıxmağı nə qədər düzgün idi? Niyə barışmırlar mənim varlığımla? Pisəmsə, mənə oxşamasınlar, yaxşıyamsa, nəticə çıxarsınlar. Hər şeydə mənəm təksirkar? Niyə bununla barışmırlar? Mən deyə bilmərəm xoşbəxtəm, çünki itkilərim olur".