Xatirə: "Onu qaşınan yerindən..."
30 Mart 2016 10:59 MədəniyyətMüğənni Xatirə İslam haqqında yayılan şayiələrə münasibət bildirib. Qafqazinfo bildirir ki, sənətçi instaqramda onun haqqında yalan məlumat yayanlara xəbərdarlıq edib: "Mən harada demişəm ki, qadınlar boşanandan sonra pis yola düşür? Bu məlumat sizdə haradandır? Gicitkanı öz qoluna sürtən kimdir? Onu qaşınan yerindən qaşıyım. Hərdən yazılarda gözümə sataşır ki, guya mən belə sözlərdən istifadə etmişəm. Bu boyda yalan olmaz. Ey insanlar, adam hər eşitdiyinə yox, gördüyünə inanar. Mənə aid olan ən düzgün xəbər öz səhifəmdir, instaqramdadır. Dietadayam, əsəbiyəm. Beynimi xarab etməyin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31