Mətanət İsgəndərli çal-çağır etdi
29 Mart 2016 12:35 Mədəniyyət"Space" telekanalının "Hər səhər" verilişi növbəti buraxılışını əməkdar artist Mətanət İsgəndərliyə həsr edib. "Olaylar"az-ın məlumatına görə, müğənninin çal-çağırlı keçən yaradıcılıq günündə bəstəkar Nailə Mirməmmədli, xalq artistləri Mənsum İbrahimov, Gülyanaq Məmmədova, əməkdar artistlər Gövhər Həsənzadə, Ədalət Şükürov, meyxanaçı Kərim, aktrisa Hüsniyyə Mürvətova, sənətçilər Kərim Abbasov, Rüfət Axundov, Elxan Şirinov, Səyyad Əlizadə, Rəşad İlyasov, Vasif Məhərrəmli, Samir Piriyev və başqaları iştirak ediblər. Sənətçi dostları M.İsgəndərliyə hədiyyələr verib, uğurlar diləyiblər. Çəkiliş zamanı M.İsgəndərlinin bacısı Sədaqət İsgəndərli səhnəyə çıxaraq, mahnı səsləndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31












