Azərbaycanın "Eurovision" təmsilçisi Moskvada çıxış edəcək

"Eurovision - 2016" mahnı müsabiqəsinin 10 iştirakçısı aprelin 3-də Moskvadakı "İzvestia Hall"da çıxış edəcək.  "RİA Novosti" verdiyi məlumata görə, konsert proqramında Rusiyanı builki yarışmada təmsil edən Sergey Lazarevlə yanaşı, Azərbaycan təmsilçisi Səmra Rəhimli, eləcə də Albaniya, İsveçrə, Makedoniya, Ermənistan, Kipr, İspaniya, Malta, Moldova və Belarus təmsilçiləri də çıxış edəcəklər.

Qeyd edək ki, S. Rəhimli müsabiqədə "Miracle" ("Möcüzə")" mahnısını ifa edəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31