Tanınmış şairin səhhəti pisləşdi
28 Mart 2016 17:14 MədəniyyətTanınmış şair Vaqif Bayatlı Odərin səhhəti pisləşib. Bu barədə şair ondan müsahibə almaq istəyən moderator.az saytına deyib: "Səhhətim çox pisdir. Təzə dərmanlar yazıblar, onları qəbul edirəm". Məlumat üçün bildirək ki, şair uzun müddətdir beyin damarlarının sıxılması və yüksək qan təzyiqindən əziyyət çəkir. Bu səbəbdən hazırladığı "Bəy atlı şeirlər" kitabının da çapı gecikir: "Kitab elə səhhətimə görə gecikdi. Hazırlamışam. Son korrektura işləri qalıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31