Elza "Kraliça" olmaq istəyir
28 Mart 2016 16:16 MədəniyyətƏməkdar artist Elza Seyidcahan "kraliça" adına göz dikib. Axşam.az xəbər verir ki, müğənni "ATV maqazin onlarla" verilişində özünə "Bahar kraliçası" titulunu verib. O, bu adı daşımağın çətinliyini bildirib: "Kraliça olmaq çox məsuliyyətlidir. Bizim Zeynəb Xanlarova, Fidan və Xuraman Qasımovalar, Afaq Bəşirqızı bizim kraliçalarımızdır. Bəzi kraliçalarımız isə həyatda yoxdur, səsləri qalıb. Biz də onların davamçısı olmağı istəyirik".
E.Seyidcahan "Balıq" mahnısına klip çəkdirmək istəyir. O, buna görə sponsor axtarışına çıxdığını söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31