Manana bu xəbəri niyə hamıdan gizlədir?
28 Mart 2016 20:18 MədəniyyətƏməkdar artist Manana Caparidze belə getsə, deyəsən, müğənniliyi aktrisalıqla əvəz edəcək. Sənətçi yeni filmə dəvət alıb. Publika.az bildirir ki, sənətçi filmə çəkilməkdən zövq aldığını deyib: "Bu yaxınlarda Azərbaycanla Gürcüstanın müştərək layihəsi olan "Robinzon və doqquz Cümə" tammetrajlı macəra filminə çəkildim.
Rollarda Paata Quliaşvili, Natiya Tsitsilaşvili, Salome Kokuaşvili, Lika Korkiya, Mariyam Sanoqo, həmçinin xüsusi dəvətlə Polad Bülbüloğlu, Vaxtanq Kikabidze çəkiliblər. Rejissor Georgi Kikalişvili oyunumu çox bəyəndi, hətta "Manana mənim aktrisamdır" dedi. Aktrisalıq qabiliyyətimin nəticəsidir ki, artıq yeni filmə də dəvət almışam. Amma bu barədə qabaqcadan danışmaq istəmirəm. Maraq itməsin deyə çəkilişlərdən sonra bu barədə məlumat verəcəm".