Zülfiyyə sirrini açdı: "Hamıdan gizlədirdim..."

Xalq artisti Zülfiyyə Xanbabayeva özü ilə bağlı maraqlı açıqlama verib.  Big.az xəbər verir ki, "10-dan sonra" verilişində müğənni bildirib ki, tez-tez əhvalı dəyişir, amma bunu heç vaxt büruzə vermir:

"Yaradıcı insanlar daha çox əhval-ruhiyyə ilə yaşayan insanlardır. Əhvalım tez-tez dəyişir. Efirdə bunu gizlətməyi bacarsam da, həyatda bu alınmır. Əhvalım yaxşı olmasa belə, efirdə bunu büruzə verməməyə məcbur idim. Həmişə bunu hamıdan gizlədirdim. Tamaşaçılara gülümsəməyə məcburuq. Amma həyatda belə deyil: əhvalım tez-tez dəyişir. Yarım saatın içərisində 100 dəfə əhvalım dəyişir. Gah belə oluram, gah elə". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31