Xalq artisti: "Çox qorxuram"
17 Mart 2016 11:26 MədəniyyətXalq artisti, tanınmış aktrisa Elmira Şabanova fobiyasından danışıb. Publika.az xəbər verir ki, açıqlama verən xalq artisti bilərəkdən bəzi filmlərə çəkilməkdən imtina etdiyini deyib: "Həyatda yalnız Allaha inanıram. Bununla belə çəkildiyim filmlərdə oynadığım obrazın həyatıma mənfi təsirindən qorxuram. Çox məşhur bir filmdən buna görə imtina etdim. Çünki filmdə oynayacağım qadın obrazının mənə uğursuzluq gətirəcəyini düşündüm. O qadın filmdə oğlunu itirir. Ürəyimə pis fikrlər gəldi və bu rolu canlandırmaqdan qorxdum. Amma öz ölümüm məni heç vaxt qorxutmayıb. Bəzi filmlərdə ölmüşəm, amma heç vaxt ürəyimə pis fikir gəlməyib. Məsələn, bu yaxınlarda İlqar Safatın çəkdiyi "İçərişəhər" filmində də yaşlı bir ananı oynayıram və sonda ölürəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31