“Eurovision” rəhbərlərindən erkən QƏRAR
16 Mart 2016 18:03 MədəniyyətStokholmda "Eurovision -2016" mahnı müsabiqəsində iştirak edəcək ölkələrin nümayəndə heyətləri rəhbərlərinin ilk rəsmi görüşü keçirilib. Publika.az xəbər verir ki, görüş çərçivəsində 43 ölkənin hər biri öz təmsilçisinin adını və ifa olunacaq mahnını Avropa Yayım Birliyinə (EBU) rəsmi şəkildə təqdim edib.
Qeyd edək ki, görüşdə eyni zamanda müsabiqəyə hazırlığın gedişi müzakirə olunub. Nümayəndə heyətlərinin başçıları eyni zamanda Stokholmda müsabiqə ilə bağlı bütün yeniliklərlə və müsabiqənin keçiriləcəyi arena ilə tanış olublar. Görüşdə hətta gələn il keçiriləcək "Eurovision-2017" müsabiqəsinin ilkin tarixləri də açıqlanıb. EBU-nun rəsmi məlumatına görə, əvvəlki illərdə olduğu kimi, müsabiqə yenə də iki yarımfinal və final mərhələsindən ibarət olacaq. Müsabiqənin birinci yarımfinalı mayın 17-i, 2-ci yarımfinalı mayın 18-də, final isə mayın 20-də keçiriləcək.