"Buna əvvəllər cürət etmirdim" - İlhamə

Müğənni İlhamə Qasımova yaradıcılığında və görünüşündə dəyişiklik edəcək. Bu haqda ifaçı Axşam.az-a açıqlamasında deyib. O, hazırda artıq çəkilərindən xilas olmaq üçün ciddi rejimə başladığını deyib: "Bir müddətdir sağlamlığımla məşğul idim. Arıqlama prosesslərinə başlamışam. Ona görə də yaradıcılığımda heç bir iş görmürdüm. Amma indi yeni mahnılar yazdırmağa başlamışam. Gənc bir ifaçı ilə duet oxuyacam. Özünə demişəm, razılıq verib. İstəyirik mahnını özümüz bəstələyək. Sözlərini də özümüz yazacağıq. Bir də ingilis dilində mahnı hazırlamışam. İllərdir yatıb qalan bəstələrimi bu il ərsəyə gətirəcəm. Mənə deyirdilər ki, niyə öz mahnılarını səsləndirmirsən? Düzü, buna cürət etmirdim. Amma indi başlamışam öz mahnılarımı hazırlamağa".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31