İlhamənin oğlu: "Bir azdan başdaşına baxmağa gedəcəm"

İlhamə Quliyevanın başdaşı qalmaqalı bitmək bilmir. Milli.Az bildirir ki, xalq artistinin oğlu Orxan Nadirov teleqraf.com-a deyib ki, İ.Quliyevanın başdaşı hazırdır və yaxın günlərdə qoyulacaq: "Anamın başdaşı hazırdır, bir azdan baxmağa gedəcəm. İnşallah, bu həftə, uzağı, gələn həftə mütləq başdaşı qoyulacaq. Kimisə dərindən maraqlandırırsa, II Fəxri xiyabana gedib, baxa bilər ki, İ.Quliyevanın məzarının üstü torpaq deyil, artıq mərməri qoyulub.  Başdaşı isə yaxın günlərdə qoyulacaq. Daşın üzərinə şəkil yapışdırmırlar ki? Şəkli rəssam çəkir və o da bir-iki günə başa gəlmir. Mərmərin üzərində işləmək, özünüz bilirsiniz ki, qəliz məsələdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31