"Kişi çıxıb efirdə ağlayarmı?"
15 Mart 2016 19:00 MədəniyyətTəzə oxumağa başlayanda birinci Namiq Qaraçuxurlunu tanımışam. İlk onun ad gününə getmişdim. Əli yüngül oldu. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova "10-dan sonra" verilişində deyib. İfaçı meyxananı ona Namiq Qaraçuxurlunun sevdirdiyini bildirib: "O vaxt Moskvada yaşayırdım. Mən meyxana sevən insan deyiləm. Namiq sayəsində meyxananı sevib, qulaq asmışam". R.İsmayılova sənət adamlarının problemlərindən danışıb: "Elə dərdlərimiz, problemlərimiz var ki, efirdə demək olmur. Sənətdə olan kişilərə dərdini demək daha çətindir. Azərbaycan mentaliteti var: Kişi çıxıb efirdə ağlayarmı? Yaraşmır. Biz gəlib oturmaqla, "bizdən bəxtəvər, xoşbəxt yoxdur" kimi görünürük. Çətinliklərimiz, problemlərimiz var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31