"Müğənni hara, ağlamaq hara?"

Müğənni Xəyyam Nisanovun gizlicə evlənməsi xəbəri yayılıb. Axşam.az xəbər verir ki, sənətçi "ATV maqazin onlarla" verilişinə açıqlamasında xəbərin yalan olduğunu bildirib: "Mən ailə qursam, bunu həmkarlarım, dostlarım, media işçiləri biləcək. Gənc və subayam, ətrafda hamı evlənməyimdən danışır. Ona görə də mənlə bağlı belə xəbər yayılıb. Mən toyumu heç vaxt gizlətmərəm. Evlənmək fikrim var". X.Nisanov müğənni Vasif Məhərrəmlinin saqqalla bağlı açıqlamasına münasibət bildirib. İfaçı həmkarının "Kişi saqqal saxlamaz" sözlərinə etiraz edib: "Saqqalı qəbul etmirsə, niyə elələri ilə oturur, dostluq edir? İnsan özü keyfiyyətli olmalıdır. Sırğa taxmaqla, saqqal saxlamaqla insanlıq ölçülmür. Mən elələri ilə dostluq da edirəm. Hərdən özüm də saqqal saxlayıram". Müğənni həmkarlarının yalanını da açıb. O, toysuzluqdan şikayətlənən ifaçıları qınayıb: "Toylar çoxdur, mən şikayət etmirəm. Hamının işi var. Bizimkilər xoşlayırlar etiraz etməyi. Bizdə kasıb müğənni yoxdur, bunu bilin. Sadəcə versiyadır, belə demək lazımdır. Müğənni hara, ağlamaq hara? Bu düz gəlmir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31