"Aygün yuxuma da nəzarət edir!"
14 Mart 2016 19:54 MədəniyyətXalq artisti Aygün Kazımova və müğənni Samir Bağırov bu gün ATV-də qonaq olublar. Publika.az bildirir ki, beş ildir şou-biznesdən ayrıldığını söyləyən Samir Bağırov bundan sonra yeni layihələri ilə tamaşaçılarını sevindirəcəyini deyib: "Aygün Kazımova mənim prodüserim və anamdır. O, yuxuma qədər hər şeyə nəzarət edir. İnanıram ki, bundan sonra işlərim yaxşı gedəcək. Yeni mahnılarım da olacaq. Yeni bəstəkarlarla işləmək istəyirəm. Bir halda ki, prodüserim Aygün Kazımovadır, hər şey yaxşı olacaq". Aygün Kazımova isə sənətə başladığı müəllimlərinin bəstələrinə yenidən müraciət edəcəyini də açıqlayıb: "Mənim sevənlərim indi məndən fərqli şeylər istəyir. Əksəriyyət Eldar Mansurov, Vaqif Gərayzadə və Cavanşir Quliyevin bəstələrinə müraciət etməyimi arzulayır. Dinləyicilərim bilsin ki, Cavanşir Quliyev artıq bir bəstəsini mənə təqdim edib. "Şairim" adlı mahnı artıq hazırdır. Sadəcə, yeni mahnılar təqdim etdiyim üçün bu mahnının zamanını gözləyirəm. Həmin bəstəni bir şair dostuma həsr edəcəm. Onun kimliyini layihəni təqdim edəndə biləcəksiniz".