Rəqsanə həyatından danışdı: "Ayrıldıq, maşınımı əlimdən aldı"

Müğənni Rəqsanə İsmayılova şəxsi həyatından danışıb.  "ATV maqazin onlarla" verilişində bildirib ki, Rəqsanə kimi tanınmasında bir bəyin əməyi olub:

"Aysunun atasından ayrıldıqdan sonra restoranda oxumağa başladım. Ora bir insan gəlirdi, bizə çox pul xərcləyirdi. O gələn günü bütün musiqiçilər sevinirdi. Mənə rəhbərlik demişdi ki, stoldan müştəri çağırsa, getmə, pul götürmə. Bir gün müdriyyət dedi ki, səni o adam çağırsa get. Gəldim stola, gördüm, nə qədər nemətlər düzülüb. Pul qazanıb övladımı saxlamağa ehtiyacım var idi. Əlimə bir paket verdilər. Tez onu götürüb, ayaqyoluna qaçdım. Bilmək istəyirdim ki, içində nə qədər məbləğ var. Həyatımda dollar görməmişdim. Mənə min dollar vermişdi. Şalvarımda gizlətmişdim ki, heç kim görməsin. Elə oldu ki, kişi hər gün gəldi. Bir gün dedi ki, "İstəmirəm restoranda oxuyasan. Vaxt gələcək, səni Azərbaycanda məşhur Rəqsanə edəcəm". Hamısını da etdi. Mən şou-biznesə gələndə evim, maşınım, evimdə işləyənim var idi. Tanındım, məşhur oldum. Çox qısqanc idi. Mənə sərhəd qoydu ki, istəmirəm müğənni olasan. Mən qorxurdum ki, ondan ayrılsam, dollar görməyəcəm. Sənətdən getməyə də qorxurdum. Sonra başladı məni döyməyə, hər gün davalar olmağa. Məni elə vururdu ki, ölə də bilərdim. Ayrıldıq, maşınımı əlimdən aldı. Amma üç gün sonra qaytardı. O adam evli idi, uşaqları da var idi. Hər zaman evli insandan qaçmışam. Bu isə taleyin bir qisməti idi. Mən o insanın çörəyini itirmərəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31