Afaq Bəşirqızı vaxt qoydu... 6 AY
11 Mart 2016 20:02 MədəniyyətMartın 5-də Respublika Diaqnostika Mərkəzində onurğa sütunundan əməliyyat olunan xalq artisti, Dövlət Musiqili Teatrının aktrisası Afaq Bəşirqızı düz altı ay danışmayacaq. Bu barədə Publika.az-a aktrisa özü açıqlama verib: "Məni altı ay müddətində narahat etməyin, danışdırmayın. Tedefonum üzünüzə altı ay qapalı olacaq. Altı aydan sonra buyurun, nə istəsəniz, danışaram". Bunun səbəbini açıqlamayan aktrisa səhhəti barədə də məlumat verməkdən imtina edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31